"Qarabağ"ın ÇL-dəki mövqeyi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turu da arxada qaldı.

Sportline.az xəbər verir ki, ötən gecə Bakıda "Ayaks"la qarşılaşan "Qarabağ" 2:4 hesablı məğlubiyyətlə yarış cədvəlindəki mövqeyini zəiflədib.

Azərbaycan çempionu 22-ci pilləyə enib.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yerin sahibləri isə pley-off mərhələsinə vəsiqə qazanır. Qalan komandalar mübarizəni dayandırır.