"Qarabağ"ın ÇL-dəki qazancı
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Ayntraxt"a qalib gəlməklə (3:2) büdcəsini bir qədər də zənginləşdirib.
Sportline.az xəbər verir ki, ötən gecəki qələbə Ağdam klubuna 2 milyon 100 min avro (təxminən 4,2 milyon manat) qazandırıb.
Bununla, komandanın ÇL-in əsas mərhələsindəki qazancı 7 milyon avroya (14 milyon manat) çatıb.
Azərbaycan çempionu pley-offa yüksələcəyi təqdirdə, daha 1 milyon avro (2 milyon manat) əldə edəcək.
Ümumilikdə isə "Qarabağ"ın bu mövsüm ÇL-dəki qazancı 18 milyon 620 min avrodur (36, 38 milyon manat).