"Qarabağ"ın futbolçusu boşanır

"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak həyat yoldaşı Edita Jazakdan ayrılmaq barədə qərar qəbul edib.

SportLine.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Xəbərə görə, 2016-cı ildə evlənən cütlüyün münasibətləri ötən il korlanıb. Onların boşanmasına əsas səbəb kimi isə futbolçunun "Qarabağ"a transferi göstərilir. Kubanın Azərbaycana gəldikdən sonra xanımı ilə aralarında soyuqluq yarandığı iddia olunur.