"Qarabağ"ın futbolçusu qayıtdı

"Qarabağ" klubunun futbolçusu Xayme Romero İspaniyadan Azərbaycana qayıdıb.

Sportline.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Bakıdan komandanın hazırlıq keçdiyi Qəbələyə yollanıb.

Onun qardaşı Daniel Romero isə vətənində qalıb. Onun durumu qeyri-müəyyəndir və klubdakı taleyinə yaxın zamanlarda aydınlıq gələcək.

Qeyd edək ki, Daniel Romero ötən mövsüm "Qarabağ"ın əvəzedici komandasında oynayıb.