"Qarabağ"ın "Kopenhagen"lə oyunlarının vaxtı açıqlanıb
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”i ilə oyunlarının vaxtı məlumdur. Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Cavab qarşılaşması isə avqustun 23-də Kopenhagen şəhərindəki “Parken” stadionunda keçiriləcək.