"Qarabağ"ın mükafatlandırma mərasiminin vaxtı dəyişdi

2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” bu gün mükafatına qovuşacaq. 

Sportline.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək tədbirin vaxtında və planında müəyyən dəyişiklik edilib.

Tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da keçiriləcək. Mükafatlandırma mərasimi canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

Medallar və kuboku PFL prezidenti Ramin Musayev tədqim edəcək.