"Qarabağ"ın növbəti potensial rəqibi

Futbol üzrə Sloveniya çempionunun da adı məlumdur. 

Sportline.az xəbər verir ki, "Tselye" komandası tarixində ilk dəfə ölkə çempionu olub. 

Komanda buna sonuncu - XXXVI turda Lyublyana "Olimpiya"sı ilə 2:2 hesablı heç-heçə edərək nail olub.

Xalını 69-a çatdıran "Tselye" ən yaxın izləyiciləri "Olimpiya" və "Maribor"u 2 xal geridə qoyaraq, Çempionlar Liqasına vəsiqə qazanıb.