"Qarabağ"ın oyununda azarkeş səsləri

"Qarabağ" yoxlama oyununda "Səbail"i qəbul edib.

Sportline.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam klubu azarkeş səslərindən istifadə edib. Ağdam təmsilçisi Avropanın bir çox klublarının yararlandığı praktikanı iyunun 21-dən davam edəcək Premyer Liqa matçlarından da tətbiq etməyi planlaşdırır. Səs yazıları hələlik yalnız qollar zamanı və 10 dəqiqədən bir qısa müddətə verilir.

Koronavirus pandemiyasına görə ölkədə bütün oyunlar azarkeşsiz keçirilir.