"Qarabağ"ın qapıçısı əməliyyat olunacaq

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gətirilib. 

Sportline.az xəbər verir ki, Fransa ilə oyunda zədələnən qolkiper təxminən ayyarım məşqlərə qatıla bilməyəcək. 

Qasıq nahiyyəsindən xəsarət alan futbolçunun əməliyyat ediləcəyi gözlənilir.

Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə (1:3) görüşünün birinci hissəsində zədələnən Məhəmmədəliyev fasilədə Aydın Bayramovla əvəzlənmişdi.