"Qarabağ"ın rəqibi məğlub oldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Kopenhagen" Danimarka Super Liqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Bröndbü" kollektivi olub.
Səfərdə keçirilən görüş "Kopenhagen"in məğlubiyyəti ilə nəticələnib - 0:1.
"Brondbü" - "Kopenhagen" - 1:0
Qol: Tibbling, 90
Qeyd edək ki, 4 oyundan 5 xalı olan “Kopenhagen” 8-ci, 9 xala malik “Brondbü” 2-ci yeri tutur.