"Qarabağ"ın rəqibində ayrılıq gözlənilir
"Qarabağ"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi "Nyukasl Yunayted"in forvardı Nik Voltemade yayda klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, almaniyalı futbolçu komandasında xoşbəxt deyil. Bu səbəbdən ayrılmaq fikrinə müsbət yanaşır.
"Football İnsider" nəşrinin yaydığı məlumata görə, "Bavariya" 24 yaşlı oyunçunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, N.Voltemade cari mövsüm meydana çıxdığı 43 matçda 11 qol, 4 asistlə yadda qalıb.