"Qarabağ"ın rəqibindən darmadağın

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" Belçika çempionatında 17-ci tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda "Kortyek"in qonağı olub və 4:0 hesabı ilə qalib gəlib.

"Kortyek" - "Gent" - 0:4
Qollar
: Hyulsager, 33, Salah, 40, 72,  Depoitre, 69

"Gent" hazırda turnir cədvəlində 30 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Banner