"Qarabağ"ın rəqibinin futbolçuları rəmzi komandada
Qazaxıstan Peşəkar Futbol Liqası komandaların keçirdiyi yeddi oyunun nəticəsinə əsasən 2021-ci il mövsümünün rəmzi komandasını açıqlayıb.
Sportline.az "Prosport.kz" saytına istinadən xəbər verir ki, rəmzi "11"liyə "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat"ın üzvləri daxil edilib.
Almatı klubunun hücumçu Vaqner Lav və 20 yaşlı yarımmüdafiəçi Güljigit Alıkulov rəmzi heyətdə yer alıb.
