“Qarabağ”ın rəqibinin futbolçusu 10 aylıq cəzalandırılıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqibi olan “Atletik”in müdafiəçisi Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Alvares ötən mövsüm Avropa Liqasının “Mançester Yunayted”lə ilk yarımfinal oyunundan sonra dopinq testi verib və müsbət nəticə göstərib.

Onun cəza müddəti iyunun 2-dən hesablanıb. Diskvalifikasiya 2026-cı il aprelin 2-də başa çatacaq.

30 yaşlı Alvares 2016-cı ildən “Atletik”də çıxış edir. O, komanda ilə 2021-ci ildə İspaniya superkubokunu, 2024-ci ildə isə İspaniya kubokunu qazanıb.

“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.