"Qarabağ"ın "Viktoriya" ilə oyun üçün heyəti müəyyənləşdi
Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya" (Plzen) ilə qarşılaşacaq "Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim edib. SportLine.az xəbər verir ki, Qurban Qurbanov Çexiya çempionu ilə görüşdə 26 futbolçu arasından seçim edəcək:
Qapıçılar: 12.Şahruddin Məhəmmədəliyev, 13.İbrahim Şehiç, 94.Halit Oğuzhan
Müdafiəçilər: 5.Maksim Medvedev, 14.Rəşad Sadıqov, 18.İlqar Qurbanov, 21.Arif Daşdəmirov, 25.Ansi Aqolli, 32.Elvin Yunuszadə, 33.Eltun Turabov, 55.Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2.Qara Qarayev, 8.Miçel, 10.Muarem Muarem, 15.Rahid Əmirquliyev, 20.Riçard Almeyda, 22.Əfran İsmayılov, 34.Salman Cəfərov, 67.Əlhərbi Əl Jadeuyi, 77.Cavid Tağıyev, 91.Coşqun Diniyev, 99.Dani Kintana
Hücumçular: 9.Reynaldo, 11. Mahir Mədətov, 17.Namiq Ələsgərov, 71. Vüqar Nadirov
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 26-da Çexiyada, cavab qarşılaşması isə avqustun 2-də Bakıda keçiriləcək.