"Qarabağ"ın yeni hədəfi İran millisinin üzvüdür

Heyəti gücləndirmək istəyən "Qarabağ" İran millisinin üzvü Kərim Ansarifardı hədəfləyib. Sportline.az xəbər verir ki, bu haqda Yunanıstan mətbuatında məlumat yayılıb. "Olimpiakos"un hücumçusunun ölkə çempionunun maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, 27 yaşlı hücumçu Ərdəbildə doğulub və əslən azərbaycanlıdır.