Qarayev "Kamaz"ı "Ural"a dəyişdi

Rusiyanın “Ural” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Sportline.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, David Qarayevlə müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçinin sözləşmə detalları açıqlanmayıb.    

Qeyd edək ki, David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib. Onun son klubu “Kamaz” olub.