Qari Nevil: "Mançester Yunayted"i faciəvi günlər gözləyir"

Qari Nevil sabiq klubu "Mançester Yunayted" haqqında danışıb.

Sportline.az xəbər verir ki, "Sky Sports"a müsahibə verən Q.Nevil baş məşqçi Ruben Amorimin klubdaki gələcəyi haqqında danışıb.

"Mançester Yunayted"i faciəvi günlər gözləyir. Baş məşqçi Ruben Amorim haqqında heçnə deməyəcəm. O bu kluba yeni gəlib. Onu indidən istefaya göndərmək düzgün olmaz. Lakin Amorim bu klubu düşdüyü çətin vəzyətdən çıxartmalıdır", - deyə Qari Nevil bildirib.

Qeyd edək ki, Qari Nevil 1992-2011-ci illər ərzində "Mançester Yunayted" klubunda çıxış edib.