Qarnaço "Tottenhem"ə keçir?

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço "Tottenhem"in transfer hədəfinə çevrilib.

Sportline.az insayder Stiv Kayın məlumatına istinadən xəbər verir ki, "Tottenhem" A.Qarnaço üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.

20 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Qarnaçonun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.