Qattuzo "Napoli"də qalır
"Napoli" baş məşqçisi Cennaro Qattuzo ilə müqaviləni uzadacaq.
Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq razılıq əldə ediblər. Yaxın günlərdə Qattuzo ilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalanacağı bildirilib.
Qeyd edək ki, Qattuzo ötən ilin sonundan Neapol təmsilçisini çalışdırır. Onun komandası hazırda A Seriyasında 51 xalla 6-cıdır. "Napoli" bu mövsüm finalda "Yuventus"u məğlub etməklə İtaliya kubokunu qazanıb.