Qazaxıstan klubunda koronavirus şoku

Qazaxıstanın "Kaysar" klubunda 25 nəfər koronavirusa yoluxub. 

Sportline.az "Sport.kz" saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib. Virusa yoluxanlardan 10-u futbolçudur. 

O, özünün və məşqçilər heyətinin test nəticəsinin mənfi olduğunu bildirib.  

Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. "Kaysar" "Taraz" komandası ilə qarşılaşmalıdır.