Qazaxıstana qarşı start heyyəti

Futbol üzrə seçmə komandamızın  baş məşqçisi Robert Prosineçki Qazaxıstan millisi ilə yoldaşlıq matçına çıxacaq heyəti müəyyənləşdirib. Beləliklə, start fitini yaşıl meydanda eşidəcək futbolçular bunlardır: Kamran Ağayev, Maksim Medvedyev, Bədavi Hüseynov, Rəşad Sadıxov, Arif Daşdəmirov, Qara Qarayev, Dmitri Nazarov, Araz Abdullayev, Ruslan Qurbanov, Ağabala Ramazanov və Əfran İsmayılov. Xatırladaq ki, Türkiyənin Antalya şəhərində təşkil olunacaq Azərbaycan-Qazaxıstan görüşü sabah saat 19-00-da başlanacaq.

Banner