"Qaziantep FK" heyətini fransalı oyunçu ilə gücləndirib

Super Liqa komandalarında "Qaziantep FK" müdafiəçi Kyril Mandoukini heyətinə qatıb.

Sportline.az Türkiyə klubunun rəsmi saytına istinadla xəbər verir ki, "Paris FK" klubundan heyətə cəlb olunan oyunçu ilə 1 illik müqavilə imzalanlıb.

Ötən mövsüm Fransa 2-ci liqasında 35 oyuna çıxan Mandouki aktivinə 2 məhsuldar ötürmə yazdırıb.

Qeyd edək ki, 32 yaşlı futbolçu karyerasında ilk dəfə Fransa xaricində çıxış edəcək.