"Qəbələ" Fransadan sərfəli nəticə ilə dönür

"Lill" - "Qəbələ" - 1:1
QOLLAR:
Vernidub, 13 (0:1); Mendes, 47 (1:1)

“Lill”: 1. Vinsent Enyeama, 2. Sebastyan Korçia, 5. Renato Çivelli, 8. Munir Obbadi, 10. Morqan Amalfitano, 11. Erik Bautok, 12. Yulian Palmieri,17. Markos Lopes, 20. Rayan Mendes, 24. Rio Mavuba (k), 25. Marko Başa

Ehtiyat oyunçular: 16. Mayk Malqnan, 6. İbrahim Amadu, 9. Yassin Benzia, 15. Lenni Nanyis, 18. Frank Beria, 23. Adama Soumaoro, 31. İv Bissuma

Baş məşqçi: Frederik Antonetti

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos

Baş məşqçi: Roman Qriqorçuk

***

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" ilk oyununu səfərdə keçirəcək. Rəqib Fransanın "Lill" klubu olacaq.

"Samtrediya" və MTK səddini adlayan "radarlar" bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədirlər. Lakin pley-off mərhələsinə adlamaq heç də asan başa gəlməyəcək. Böyük təcrübəyə malik "Lill"lə dueldə fransızlar favorit hesab olunurlar.

28 iyul 2016
Avropa Liqası
III təsnifat mərhələsi

21:00. "Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbiqniev Dobrinin (hamısı Polşa)
Hakim-inspektor: Frank de Bleker (Belçika)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
Lill