"Qəbələ" məğlub oldu, növbəti mərhələyə adladı
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycanı təmsil edən "Qəbələ" Gürcüstanda meydana çıxıb.
İlk oyunda 5:1 hesablı qələbəyə sevinən Roman Qriqorçukun komandasının "Samtredia" ilə cavab matçında məğlub olsa da, növbəti mərhələyə adlayıb.
07 iyul 2016
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
“Samtredia” (Gürcüstan) – “Qəbələ” - 2:1
QOLLAR: Budu Zivzivadze, 14/p. (1:0); Teo Uiks, 42 (1:1); Laşa Şerqelaşvili, 90+2 (2:1)
Baş hakim: Georgios Kizas
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)
Zestafoni. David Abaşidze stadionu
İlk oyun – 1:5