"Qəbələ" legionerin taleyinə aydınlıq gətirdi

"Qəbələ" daha bir legioner futbolçunun durumuna aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, toqolu yarımmüdafiəçi Yaovi Akakpo da komandada qalacaq.

Qeyd edək ki, Yaovi Akakpo fevralda "Qəbələ"yə keçib. Daha əvvəl legionerlərdən gürcüstanlı Merab Giqauri və çilili Rodriqo Qattasın əyalət təmsilçisində qalacağı dəqiqləşib.