"Qəbələ" legionerlərlə bağlı qərar verdi

"Qəbələ" klubu müqaviləsi başa çatan bir neçə futbolçu ilə bağlı qərarı açıqlayıb. 
 
Sportline.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov bütün yerli futbolçuların komandada qalacağını deyib. O, legionerlərdən Rodriqo Qattas və Merab Qiqauri ilə vidalaşdıqlarını söyləyib. 
 
Müqavilələri başa çatan Anar Nəzirov, Sadiq Quliyev, Rasim Ramaldanov, Asif Məmmədovla yeni mövsüm üçün razılıq əldə edilib. Zaur Əzizov digər legionerlərlə bağlı danışıqların davam etdiyini sözlərinə əlavə edib. 
 
Qeyd edək ki, "Qəbələ"nin heyətində Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a, Klesio Bauk isə "Zirə"yə keçib.