"Qəbələ" - "Lill" görüşünün hakimləri açıqlandı
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək "Qəbələ" - "Lill" matçının təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma Rusiyadan olan hakimlərə həvalə olunub.
Oyunda Aleksey Yeskov fit çalacaq. Ona Dmitri Mosyakin və İqor Demeşko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Vladimir Moskalev icra edəcək.
Qeyd edək ki, avqustun 4-də baş tutacaq "Qəbələ" - "Lill" qarşılaşması saat 21:00-da start götürəcək.