“Qəbələ” məşqlərə başladı

Topaz Premyer Liqasının III turunun “Qarabağ”la avqustun 26-da keçirilən oyunundan (1:2) sonra istirahətə buraxılan “Qəbələ” futbolçuları bir araya gəlib. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” avqustun 31-də hazırlıqlara start verib. Komanda IV turun sentyabrın 9-da keçiriləcək “Zirə” ilə ev matçının hazırlıqlarına Bakıda başlayıb. 

Hazırlığın ilk günündə futbolçular fiziki və bərpaedici məşqlə kifayətlənib. Məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib.