"Qəbələ" Moskva "Dinamo"suna rəqib oldu

Bu gün UEFA-nın Gənclər Liqasının 2016/17 mövsümündə “Çempionlar yolu”nun püşkü atılıb. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçirilən mərasimdə U-19 Liqasının qalibi adını qazanan “Qəbələ” də rəqibini tanıyıb.

Azərbaycan təmsilçisi mübarizəyə I mərhələdən qoşulacaq. Komandamızın ilk rəqibi "Dinamo" (Moskva) olacaq.

Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 27-28-də, cavab matçları oktyabrın 18-19-da baş tutacaq. “Qəbələ” ilk oyunu evdə keçirəcək. II mərhələ isə noyabrın 1-2 və 22-23-də keçirilməlidir. Təmsilçimiz mərhələ adlasa, ikinci raunda səfərdə başlayacaq. Bu mərhələdə rəqib “Makkabi” (Hayfa, İsrail) - “Şaxtyor” (Belarus) duelinin güclüsü olacaq.

Banner