"Qəbələ" səfərdə qalib gəldi
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin görüşləri keçirilir. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" ilk oyununa səfərdə çıxıb. Rəqib Macarıstanın MTK komandası olub.
İlk mərhələni rahat keçən "radarlar" uğurun davamını gətirmək niyyətlərini səfərdə gerçəkləşdiriblər. 2:1 hesablı qələbə qazanan "qırmızı-qaralar" mərhələni adlamaq üçün böyük üstünlük əldə ediblər.
14 iyul 2016
Avropa Liqası
II təsnifat mərhələsi
MTK (Macarıstan) – “Qəbələ” (Azərbaycan) - 1:2
QOLLAR: Nika Kvekveskiri, 25 (0:1); Filip Ozobiç, 63 (0:2); Torgelle, 70 (1:2)
Baş hakim: Boyan Pandjiç
Baş hakimin köməkçiləri: Stefan Hallberq, Maqnus Syoblom
Dördüncü hakim: Mohammed Al-Hakim (hamısı İsveç)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Dyer. “Dyirmot” stadionu
MTK: 1. Layos Hegedüs, 4. Akos Baki, 5. Mato Qrqiç, 9. Darko Nikaç, 14. Sandor Torgelle, 18. Barnabas Bese, 19. Josef Kanta, 24. Patrik Poor, 30. Balint Borbeli, 33. Daniel Gera, 38. Adam Vass
Ehtiyat oyunçular: 28. Qroppioni, 3. Deutç, 10. Szatamari, 12. Jakap, 13. Hrepka, 21. Vukmir, 27. Varqa
Baş məşqçi: Vasilis Teodoru
“Qəbələ”: 22. Dmitri Bezotosni, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 17. Teo Uiks
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 34. Urfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk