"Qəbələ" - "Neftçi" matçının hakimləri müəyyənləşdi
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının hakimləri müəyyənləşib.
SportLine.az PFL-ə istinadən xəbər verir ki, "Qarabağ" - "İnter" oyunu Ramil Diniyevə, "Qəbələ" - "Neftçi" matçı isə Fariz Yusifova tapşırılıb.
4 may (çərşənbə)
“Qarabağ” – “İnter”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
"Əlincə Arena", 19:00
“Qəbələ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu, 16:00