Qəbələdə 4 qol

“Qəbələ” – “Neftçi” - 2:2
QOLLAR: 
Aleksey Qay, 21 (pen.), Rəşad Sadiqov, 51 - Ruslan Qurbanov, 34, Elşən Abdullayev, 64

***

Bu gün Topaz Premyer Liqasında 32-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, günün maraqlı görüşlərindən biri Qəbələdə keçiriləcək. Burada yerli komanda "Neftçi"ni qəbul edəcək.

Ötən həftə Azərbaycan kubokunun yarımfinalında baş tutan qalmaqallı oyundan sonra diqqətlər bu matça yönəlib. Roman Qriqorçukun komandası doğma meydanda qələbə əldə etməklə, həm Avrokubok iddialarını qorumaq, həm də "Neftçi" ilə keçiriləcək kubokun cavab oyunu öncəsi özünə inam qazanmaq niyyətindədir. 

01 may 2016
TPL, 32-ci tur

16:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
Cari mövsümdəki oyunlar: 1:0, 0:1, 2:1
Qəbələ şəhər stadionu

Banner