"Qəbələ" Yunanıstandan məğlub dönür

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi - "Qəbələ" ilk oyununa səfərdə çıxacaq. "Radarlar" Afinada "Panatinaikos"un qonağı olacaq.

İki il öncə Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdıran Roman Qriqorçukun komandası, bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədir. "Panatinaikos" isə revanş istəyi ilə meydana çıxacaq.

Bakı vaxtı ilə saat 22:30-da başlanacaq görüş "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.


27 iyul 2017
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) - 1:0
QOL:
Molins, 38/p. (1:0)

“Panatinaikos”: 99. Odisseas Vlaxodimos, 7. Omri Altman, 8. Gilyerme Molins, 10. Zeka (k), 17. Robin Lod, 21. Dmitres Korbelis, 23. Niklas Hult, 26. Dmitrios Kolovetsios, 31. Rodriqo Moledo, 39. Anastasios Çatziqiovanis, 78. Usman Kulibali

Ehtiyat oyunçular: 27. Konstantinos Kotsaris, 5. Nuno Reis, 6. Kristos Donis, 11. Brayan Kabezas, 18. Lusiano, 41. Stefanos Evangelo, 49. Sotiris Pispas

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 9. Baqali Dabo, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Əliyev, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 45. Famussa Kone


Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. “Apostolos Nikolaidis” stadionu