"Qəbələ" Avroliqa ilə vidalaşdı
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsi yekunlaşacaq.
SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi - "Qəbələ" doğma meydanda "Panatinaikos"u qəbul edəcək.
Afinada keçirilən matçda məğlub olan (0:1) Roman Qriqorçukun komandası, bu dəfə azarkeşlərini sevindirmək niyyətindədir. Pley-off mərhələsinə adlamaq üçün "radarlar" minimum iki cavabsız qolla qalib gəlməlidirlər. 1:0 hesablı nəticə isə əlavə vaxtla nəticələnəcək.
03 avqust 2017
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
“Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) - 1:2
QOLLAR: Moledo, 52/a.q. (1:0); Lod, 63 (1:1); Kabezas, 66 (1:2)
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1