"Qəbələ" - Qriqorçuk münasibətlərinə aydınlıq gətirildi
"Qəbələ" Futbol Klubu baş məşqçi Roman Qriqorçukla müqaviləni yeniləyəcək. Sportline.az xəbər verir ki, bu haqda qol.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib. O deyib ki, ukraynalı mütəxəssislə klub rəhbərliyi arasındakı danışıqlar müsbət nəticə verib.
“Yaxın günlərdə onunla daha 1 illik müqavilə imzalayacağıq” – deyə Z.Əzizov bildirib.
Xatırladaq ki, “Qəbələ”nin Roman Qriqorukçula müqaviləsi bu yay başa çatır.
Ukraynalı məşqçi 2015-ci ildən çalışır. Onun rəhbərliyi altında “Qəbələ” iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Komanda bir dəfə Azərbaycan Premyer Liqasında bürünc, bir dəfə gümüş medal qazanıb, bu il isə kubokun finalına çıxıb və həlledici görüşdə uduzub.