"Qəbələ" təxribatla üzləşdi

Bu gün Avropa Liqasının “pley-off” mərhələsi çərçivəsində keçiriləcək “Maribor” – “Qəbələ” matçından əvvəl xoşagəlməz hadisə baş verib. SportLine.az CBC Sport-a istinadən xəbər verir ki,  gecə saatlarında təçmsilçimizin yerləşdiyi otelin qarşısında petardalar partladılıb. Yüksək səsə “Qəbələ”nin futbolçuları, məşqçi korpusu və rəsmi nümayəndələr oyanıblar. Otel işçiləri məsələdən xəbərsiz olduğunu bildiriblər. Hadisə ilə bağlı “Qəbələ” nümayəndələri UEFA-ya və polisə məlumat veriblər. 
 

Banner