"Qəbələ"nin oyunu belarusiyalıya tapşırıldı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Samtrediya" (Gürcüstan) görüşünün hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Dzianis Şçarbakou
Baş hakimin köməkçiləri: Dzmitri Zhuk, Yuri Khomçanka
Dördüncü hakim: Siarhei Tsynkeviç
(Hakimlər briqadası Belarusdandır)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Xatırladaq ki, oyun iyunun 30-da keçiriləcək.