"Qəbələ"nin oyunu türkiyəlilərə tapşırıldı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK matçının təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, görüş Türkiyədən olan hakimlər briqadasına həvalə olunub.
Oyunda Mete Kalkavan fit çalacaq. Ona həmyerliləri Ceyun Sesigözəl və Esat Sancaktar kömək edəcək. Dördüncü hakim Serkan Çinar olacaq.
Qeyd edək ki, "Qəbələ" - MTK oyunu 21 iyul, saat 21:00-da start götürəcək.