"Qəbələ"nin rəqibi heç-heçə etdi
Sloveniya çempionatında 4-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan "Maribor" doğma meydanda "Olimpik"i (Lyublyana) qəbul edib.
Görüş bərabərliklə yekunlaşıb - 1:1.
Qeyd edək ki, 4 turdan sonra "Maribor" 8 xalla 3-cü pillədə qərarlaşıb.
08 avqust 2016
Sloveniya çempionatı, 4-cü tur
"Maribor" - "Olimpik" (Lyublyana) - 1:1
QOLLAR: Novakoviç, 18 (1:0); Zayç, 79 (1:1)