"Qəbələ"nin rəqibi hücumçusunu icarəyə verdi

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Lill" hücumçusu Lenni Nangisi icarəyə verib. SportLine.az xəbər verir ki, qarşıdakı mövsüm ərzində Nangis "Bastiya"nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən ildən “Lill”in formasını geyinir. O, bu komandanın heyətində Fransa çempionatında 10 oyunda iştirak edib.