"Qəbələ"nin sabiq baş məşqçisini ələ saldılar

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın işləri qaydasında getmir. Sportline.az xəbər verir ki, onun çalışdırdığı "Qranada" növbəti məğlubiyyətə "Real"la oyunda uğrayıb. (0-4) Həmin görüş zamanı madridlilərin futbolçusu İsko ehtiyat oyunçular skamyasından üzünü Adamsa tutaraq: "Ey, ofosiant, mənə koka-kola gətir"-deyə qışqırıb. Onun bu kobud zarafatı komanda yoldaşları gülüşüblər. Qeyd edək ki, Toni Adams bir müddət əvvəl, "Qranada"nı aşağı diviziona yuvarlanmaqdan xilas etmək üçün dəvət olunmuşdu. Ardıcıl məğlubiyyətlər isə, bu istəyə mane olub.