"Qəbələ"nin sabiq çalışdırıcısı yeni iş yerində

"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanunun yeni iş yeri bəlli olub. SportLine.az Sport7.az-a istinadən  xəbər verir ki, rumıniyalı çalışdııcı ölkəsində "Poli Timişoara" klubu ilə anlaşıb.

O, bu postda Florin Marini əvəzləyib. Məlumatı klubun rəsmi saytı yayıb.

Qeyd edək ki, Muntyanu "Qəbələ"də  2014-cü yayından dekabrınadək çalışıb.