"Qələbə və ya heç-heçə bizi qane edəcək"
“Bütün diqqətimizi oyuna yönəltmişik. Rəqibi analiz etmişik. Bura ən yaxşı oyunumuzu göstərməyə gəlmişik”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri “Şkendiya”nın baş məşqçisi Bruno Akrapoviç deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda “Neftçi” ilə qarşılaşacaq makedoniyalıların çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb: “Neftçi” böyük komandadı. Onlara qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Əlbəttə, hər iki komanda oyuna ciddi hazırlaşacaq. Güclünün kim olacağını meydanda görəcəyik”.
- "Neftçi"nin hansı oyunçusunu fərqləndirə bilərsiz?
- "Neftçi"nin "Baltsan"la hər iki oyununu izləmişəm. Araz Abdullayev, Rəhman Hacıyev, Ruslan Qurbanov həmçinin makedoniyalı futbolçu Şikovun oyununu vurğulayardım. Cinahlarda yaxşı futbolçuları var. Qapıçıları Santini də güclüdü. Onu çoxdan tanıyıram.
- "Neftçi" son illərdə avrokuboklarda ev oyunlarında qələbəyə həsrətdi. Sabahkı oyunda hansı nəticə sizi qane edəcək?
- Sabahkı oyunda qələbə və ya heç-heçə bizi qane edəcək. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Polşa komandasına qarşı oyunlarımız asan olmadı. Çətin olsa da, mərhələni keçməyi bacardıq.
- Azərbaycanda Qyoko Hacıevski kimi makedoniyalı məşqçi və bir neçə futbolçu çıxış edib. Onlardan məsləhət almısız?
- Bu məlumatı bilmirdim. Özüm Makedoniyada 6 aydı işləyirəm. Məlumat lazım olanda video materiallara baxıb öyrənirik.