Qeye "Qarabağ"la belə vidalaşdı

"Qarabağ"dan ayrılan Maqaye Qeye Ağdam klubuna təşəkkür edib.

Sportline.az xəbər verir ki, seneqallı hücumçu "Instagram" hesabında vida sözlərini yazıb: "Gələcək üçün ən yaxşısını diləyirəm. Hər şey üçün təşəkkürlər, "Qarabağ".

2019-cu ilin yayından "Qarabağ"da oynayan 29 yaşlı futbolçu 28 matçda 8 qol vurub.