"Qırmızı şeytanlar"da yeni müqavilə

“Mançester Yunayted” müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsus olan Odion İqalonun icarə müqaviləsini uzadıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu 2021-ci il yanvarın 31-dək “qırmızı şeytanlar”da çıxış edəcək.

30 yaşlı futbolçunun müqaviləsi mayın 31-də bitmişdi. İqalo Mançester klubunda 8 oyunda 4 qol vurub.