"Qızıl top" mükafatı sahibsiz qaldı

"Qızıl top" mükafatı bu il təqdim olunmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə sözügedən mükafatı verən "France Football" nəşri məlumat yayıb.

1956-cı ildən bəri hər il təşkil olunan mərasimin koronavirus pandemiyası səbəbindən bu il baş tutmayacağı bildirilib.

Qeyd edək ki, ötən il "Barselona"nın kapitanı Lionel Messi 6-cı dəfə "Qızıl top" mükafatına layiq görülüb.