"Qızıl top"a daha 5 namizəd

"Frans Futbol" nəşri "Qızıl top"a namizəd futbolçuların adlarını açıqlamağa başlayıb. SportLine.az xəbər verir ki, ilkin mərhələdəki 30 futbolçunun adı 6 dəfəyə açıqlanacaq. Artıq ikinci "5-lik"də məlumdur:

Kevin de Bruyne (Belçika, "Mançester Siti"), Paulo Dibala (Argentina, "Yuventus"), Dieqo Qodin (Uruqvay, "Atletiko"), Antuan Qrizmann (Fransa, "Atletiko"), Qonzalo İquain (Argentina, "Yuventus")​

İlk siyahıdakı 5 futbolçu: Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Qaret Beyl (Uels, "Real"), Serxio Aquero (Argentina, "Mançester Siti"), Pyer-Emerik Obameyanq (Qabon, Borussiya") və Canluicu Bufdon (İtaliya, "Yuventus")

Qeyd edək ki, bu il "Qızıl top" mükafatının sahibi təkcə jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək. Bu da "Frans Futbol"un FİFA ilə əməkdaşlığa son qoyması ilə bağlıdır.

Xatırladaq ki, ötən il bu mükafatı Lionel Messi (Argentina, "Barselona") qazanıb.