“Qızıl top”un qalibi bəlli oldu
"France Football"un təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.
Sportline.az xəbər verir ki, 2024/25 mövsümündə mükafatın qalibi PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele olub.
“Barselona”nın və İspaniya millisinin vingeri Yamin Lamal ikinci yeri tutub.
2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.