"Qızıl top"un üçüncü "5-liy"i
"Frans Futbol" nəşri "Qızıl top"a namizəd futbolçuların adlarını açıqlamağa başlayıb. SportLine.az xəbər verir ki, ilkin mərhələdəki 30 futbolçunun adı 6 dəfəyə açıqlanacaq. Artıq üçüncü "5-lik"də məlumdur:
Zlatan İbrahimoviç (İsveç, “Mançester Yunayted”), Andres İnyesta (İspaniya, “Barselona”), Koke (İspaniya, “Atletiko”), Toni Kroos (Almaniya, “Rela), Robert Levandovski (Polşa, “Bavariya”)
İlk iki siyahıdakı futbolçular: Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Qaret Beyl (Uels, "Real"), Serxio Aquero (Argentina, "Mançester Siti"), Pyer-Emerik Obameyanq (Qabon, Borussiya"), Canluicu Bufdon (İtaliya, "Yuventus"), Kevin de Bruyne (Belçika, "Mançester Siti"), Paulo Dibala (Argentina, "Yuventus"), Dieqo Qodin (Uruqvay, "Atletiko"), Antuan Qrizmann (Fransa, "Atletiko"), Qonzalo İquain (Argentina, "Yuventus")
Qeyd edək ki, bu il "Qızıl top" mükafatının sahibi təkcə jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək. Bu da "Frans Futbol"un FİFA ilə əməkdaşlığa son qoyması ilə bağlıdır.
Xatırladaq ki, ötən il bu mükafatı Lionel Messi (Argentina, "Barselona") qazanıb.